Menyu

Bakıda avtomobildən azyaşlıların telefon və planşeti soyğunçuluq yolu ilə talanıb

Nərmin Qocamanlı
Bakıda avtomobildən azyaşlıların telefon və planşeti soyğunçuluq yolu ilə talanıb
1 dəq oxu

Nəsimi rayonunda avtomobildən azyaşlıların telefon və planşeti soyğunçuluq yolu ilə talanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində  rayon ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq  yolu ilə talamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Əlaqəli Xəbərlər