Menyu

Mask: Ukraynaya yeni lider tapmağın vaxtı çatıb

Operativ Media
Mask: Ukraynaya yeni lider tapmağın vaxtı çatıb
1 dəq oxu

Amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçilməsinin zəruriliyi ilə bağlı fikrini dəstəkləyib.

Operativ Media xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Razıyam. Ukraynanın yeni lider tapmasının vaxtı çatıb”, – deyə o yazıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Ukraynanın prezidentini dəyişməli olduğunu bildirib. ABŞ Prezidenti Volodimir Zelenskinin razılaşma əldə etmək imkanının olduğunu, lakin naməlum səbəblərdən bunu etmədiyini deyib.

Tramp Ukraynaya razılaşma əldə etməyə qadir olan yeni lider tapmağı tövsiyə edəcəyini də vurğulayıb.

Əlaqəli Xəbərlər