Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb
Nərmin Qocamanlı
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında imzalanmış saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir", - nazir qeyd edib.
Qeyd edək ki, sazişi Azərbaycan tərəfindən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İsrail tərəfindən isə İsrail dövlətinin xarici işlər naziri Eli Kohen imzalayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma