Menyu

Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmaq niyyətindədir

Operativ Media
Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmaq niyyətindədir
Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın 5 il ərzində Azərbaycanla ticarət əlaqələrinin inkişaf etdirilməsini planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilib.

Sənəddə qeyd olunub ki, sülhün institusionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Ermənistan hökuməti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirəcək.

Həmçinin Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə prosesin davam etdirilməsi, iki ölkənin vətəndaş cəmiyyətləri və işgüzar dairələri arasında təmasların genişləndirilməsi, eləcə də ikitərəfli ticarətin fəallaşdırılması nəzərdə tutulur.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər