Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə U-20 dünya çempionu oldu
Operativ Media
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ayxan Cavadov qızıl medal qazanıb.
Operativ Media xəbər verir ki, milli komandamızın üzvü həlledici final qarşılaşmasında Özbəkistan idmançısı Dostonbek Oripovla üz-üzə gəlib.
Rəqibini 4:1 hesabı ilə məğlub edən yunan-Roma güləşçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq titulunu uğurla qoruyub və ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu adını qazanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma