Menyu

Azərbaycanlı FİFA referisi "Roma" - "Real Madrid" oyununa təyinat alıb

Operativ Media
Azərbaycanlı FİFA referisi "Roma" - "Real Madrid" oyununa təyinat alıb
1 dəq oxu

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.

Operativ Media xəbər verir ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Oktyabrın 14-də Roma şəhərində yerləşən "Stadio Tre Fontane"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Əlaqəli Xəbərlər