Menyu

Azərbaycan güləşçisi U-23 dünya çempionatında finala vəsiqə qazanıb

Şəfa Hüseynli
Azərbaycan güləşçisi U-23 dünya çempionatında finala vəsiqə qazanıb
1 dəq oxu

Azərbaycanın yunan-roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

​60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Özbəkistan idmançısı Mehroc Bəhramovu 4:2 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

​E.Əliyev oktyabrın 14-də keçiriləcək final qarşılaşmasında Qazaxıstan güləşçisi Aybek Aytbekovla üz-üzə gələcək

Əlaqəli Xəbərlər