Menyu

“Arsenal” Alvares üçün 118 milyon avro ödəyə bilər

Operativ Media
“Arsenal” Alvares üçün 118 milyon avro ödəyə bilər
1 dəq oxu

Argentina millisinin dünya çempionu olan hücumçusu Xulian Alvaresin “Atletiko”dan ayrılaraq karyerasını “Arsenal”da davam etdirmək ehtimalı var.

Operativ Media xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Məlumata görə, London klubu ötən yay da 26 yaşlı futbolçu ilə maraqlanıb. Həmin vaxt “Atletiko” hücumçunun satışına razı olsa da, Alvares “Barselona”ya keçməkdə israr edib. Madrid təmsilçisi isə birbaşa rəqibi ilə transfer danışıqları aparmaqdan imtina edib.

Mənbənin bildirdiyinə görə, Alvares “Atletiko”da uzun müddət qalmaq perspektivindən narazıdır və hazırda “Arsenal”la danışıqlara açıqdır. İngiltərə klubu argentinalı hücumçu üçün 100 milyon funt sterlinq (118 milyon avro) ödəyə bilər.

Alvares bu mövsüm La Liqada dörd oyunda meydana çıxıb. O, heç bir qarşılaşmada start heyətində yer almayıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Futbolçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 110 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər