Menyu

Kommersiya qurumlarının sayı 6,5 faiz artıb

Operativ Media
Kommersiya qurumlarının sayı 6,5 faiz artıb
1 dəq oxu

2026-cı il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.729.010 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

DVX-dan Operativ Media-ya bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.

Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 213.837 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur.

2026-cı ilin sentyabr ayında 1.208 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86 faizi yerli, 14 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – sentyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Əlaqəli Xəbərlər