Menyu

İvan Lepinitsa: Oyunun belə keçəcəyini bilirdik

Operativ Media
İvan Lepinitsa: Oyunun belə keçəcəyini bilirdik
1 dəq oxu

“Çətin qarşılaşma oldu. Oyunun belə keçəcəyini bilirdik. Rəqib fiziki mübarizələrə üstünlük verən komandadır, amma biz də buna yaxşı cavab verdik. Düşünürəm ki, oyunun gedişatına nəzarət edə bildik və tarix yazdıq. Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyunumuzu keçirdik və ilk qələbəmizi qazandıq”.

Operativ Media xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu İvan Lepinitsa jurnalistlərə açıqlamasında deyib.

Yarımmüdafiəçi komandanın qarşıdakı oyunlarına da toxunub: “Bu matç artıq geridə qalıb. İndi bütün diqqətimizi çempionata yönəltmişik. Qarşıda bizi “Qəbələ” ilə maraqlı qarşılaşma gözləyir. Həmin oyundan sonra isə yenidən Çempionlar Liqasına köklənəcək və “Borussiya”yla matça hazırlaşacağıq”.

Əlaqəli Xəbərlər