Menyu

30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

Operativ Media
30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
1 dəq oxu

13 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 32 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Operativ Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əlaqəli Xəbərlər