Menyu

Azərbaycan qaz ixracından 6 milyard dollardan çox gəlir əldə edib

Operativ Media
Azərbaycan qaz ixracından 6 milyard dollardan çox gəlir əldə edib
1 dəq oxu

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 17,9 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Operativ Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 6,4 milyard dollar təşkil edib.

Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8%, dəyəri isə 3,7% azdır.

Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 27% olub.

Əlaqəli Xəbərlər