Menyu

“Turan Tovuz”un məğlubiyyət sayı 50-yə çatıb

Operativ Media
“Turan Tovuz”un məğlubiyyət sayı 50-yə çatıb
1 dəq oxu

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının VIII turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, bu, Qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.

Tovuz təmsilçisi 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. “Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci komandadır.

Qeyd edək ki, komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb – 0:2.

Əlaqəli Xəbərlər