Menyu

"Neftçi" səfərdə 700-cü qola çatıb

Operativ Media
"Neftçi" səfərdə 700-cü qola çatıb
1 dəq oxu

“Neftçi” Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VIII turunda gerçəkləşib. “Qarabağ”la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubiley topunun müəllifi olub.

“Ağ-qaralar” rəqib meydanlarındakı 496-cı görüşdə qol sayını 701-ə çatdırıb. Bakılılar bu göstəricidə yalnız “Qarabağ”dan geri qalır.

Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Əlaqəli Xəbərlər