Menyu

Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 2 dəfəyədək artıb

Operativ Media
Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 2 dəfəyədək artıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft koksunun ixracı illik müqayisədə 43,8 faiz artaraq 213 min ton təşkil edib.

Operativ Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,91 dəfə artaraq 85 milyon 334,95 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni aylarında Azərbaycandan 148,1 min ton və ya 44 milyon 737,37 min dollar dəyərində neft koksu ixrac edilib.

Əlaqəli Xəbərlər