Bakıda nəfəslikdən evə girərək oğurluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Aprelin 18-də gecə saatlarında Nəsimi rayonu ərazisindəki evlərdən birinə nəfəslikdən girən şəxsin ev sahibəsinin 100 manat pulunu və təqaüd kartını quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətində "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş Yevlax rayon sakini Ruslan Salmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Bakıda nəfəslikdən evə girərək oğurluq edən şəxs saxlanılıb"