Menyu

Şəkidə tarixi barıt anbarı dulusçuluq emalatxanasına çevrilib

Əsəd Abbaslı
Şəkidə tarixi barıt anbarı dulusçuluq emalatxanasına çevrilib
1 dəq oxu

Şəki qalası ərazisində yerləşən və əvvəllər barıt anbarı kimi istifadə olunan tarixi binada hazırda dulusçuluq emalatxanası fəaliyyət göstərir. Burada qədim dulusçuluq ənənəsi yaşadılır, sənətkarlar hazırladıqları məhsulları satır və ustad dərsləri təşkil edirlər.

Bunu Operativ Media-ya açıqlamasında Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirib.

Onun sözlərinə görə, Xan sarayından başqa, qala ərazisindəki digər tarixi abidələrdən çar Rusiyası dövründə hərbi məqsədlərlə istifadə olunub. Müstəqillik dövründən etibarən isə bu tikililərin bərpasına başlanılıb.

Ş.Məlikov qeyd edib ki, barıt anbarı ərazidə son dövrlərdə bərpa edilən abidələrdəndir.

Bərpadan sonra bina qədim dulusçuluq ənənəsini yaşadan Şöyüb oğlu ailəsinin nümayəndələrinə ödənişsiz təqdim olunub.

O bildirib ki, burada dulusçuluq ənənəsinin qorunması, sənətkarlığın davam etdirilməsi və turistlərə tanıdılması məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilir. Dövlət Turizm Agentliyi də infoturlar və media turları vasitəsilə bu sənətin təbliğinə dəstək göstərir.

Əlaqəli Xəbərlər