Menyu

"Gəncə" klubunun Bolqarıstan təmsilçisi ilə oyunu təxirə salınıb

Operativ Media
"Gəncə" klubunun Bolqarıstan təmsilçisi ilə oyunu təxirə salınıb
1 dəq oxu

FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan "Rilski Sportist" (Bolqarıstan) - "Gəncə" oyunu təxirə salınıb.

Bu barədə Operativ Media-ya Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.

C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu

Əlaqəli Xəbərlər