AVF rəsmisi CEV-dən beynəlxalq təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Frişman 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Çempionat 22–25 oktyabr 2026-cı il tarixlərində Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.
Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.