Menyu

Qırğızıstan Azərbaycanı 2027-ci il MDB Oyunlarında iştirak etməyə dəvət edib

Şəfa Hüseynli
Qırğızıstan Azərbaycanı 2027-ci il MDB Oyunlarında iştirak etməyə dəvət edib
1 dəq oxu

Qırğızıstanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin direktoru Urmat Asanbayev Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə ikitərəfli görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Qeyd edək ki, görüş Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin gənclər və idman üzrə məsul nazirlərinin görüşü çərçivəsində baş tutub.

Görüşdə Qırğızıstan və Azərbaycan arasında idman sahəsində əməkdaşlığın inkişafı, birgə idman təşəbbüslərinin həyata keçirilməsi və iki ölkə arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Urmat Asanbayev həmçinin Azərbaycan tərəfini 2027-ci ildə Qırğızıstanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarında iştirak etməyə dəvət edib və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Əlaqəli Xəbərlər