Menyu

Pakistanda avtobus qəzası baş verib, 10 nəfər ölüb

Nicat Hüseynli
Pakistanda avtobus qəzası baş verib, 10 nəfər ölüb
1 dəq oxu

Pakistanın Pəncab əyalətinin Racanpur bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə “Geo News” məlumat verib.

Məlumata görə, qəza İndus magistral yolunda avtobusun ayırıcı zolağa çırpılaraq aşması nəticəsində baş verib.

Hadisədən sonra ərazidəki xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.

Əlaqəli Xəbərlər