Menyu

Azərbaycan Portuqaliya Mərkəzi Bankının təcrübəsini öyrənir

Operativ Media
Azərbaycan Portuqaliya Mərkəzi Bankının təcrübəsini öyrənir
1 dəq oxu

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Portuqaliya Mərkəzi Bankında (PMB) işgüzar səfərdə olub.

AMB-dən Operativ Media-ya bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə PMB tərəfindən bankların maliyyə sabitliyinin qorunması üçün formalaşdırılmış mexanizmlər, erkən müdaxilə və rezolyusiya tədbirləri üzrə ölkə təcrübəsi bölüşülüb. Azərbaycan nümayəndə heyəti rezolyusiya tədbirlərinin mövcud hüquqi çərçivəsi, maliyyə sabitliyi şəbəkəsinin iştirakçıları, onların rolu və funksiyaları, eləcə də bu istiqamətdə qurulmuş proseslərlə bağlı məlumat verib.

Bununla yanaşı, PMB-də beynəlxalq əməkdaşlığın təşkili və idarə edilməsi mexanizmləri, bu sahədə strateji prioritetlər və fəaliyyət istiqamətləri, xarici mərkəzi banklar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əsas formaları, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Əlaqəli Xəbərlər