Menyu

Abdulla Xaybullayev: Heyətimiz həm çempionatda, həm də Çempionlar Liqasındanə mübarizə aparmaq gücündədir

Operativ Media
Abdulla Xaybullayev: Heyətimiz həm çempionatda, həm də Çempionlar Liqasındanə mübarizə aparmaq gücündədir
1 dəq oxu

“Bizim çox yaxşı və güclü iki heyətimiz var. Onlar həm çempionatda, həm də Çempionlar Liqasında uğurla mübarizə aparmaq gücündədirlər. Yorğunluq faktoruna gəldikdə isə, bu, minimal səviyyədədir və komanda üçün ciddi problem yaratmır”.

Operativ Media xəbər verir ki, bunu "Borussiya" ilə oyundan sonra jurnalistlərə açıqlamasında Abdulla Xaybullayev deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının liqa mərhələsində “Borussiya” (Dortmund) ilə keçirilən qarşılaşmanı da dəyərləndirib. O, komandanın gərgin mübarizəyə baxmayaraq, meydanı məğlubiyyətlə tərk etməsindən təəssüfləndiyini bildirib:

“Komanda gərgin keçən oyunda təəssüf ki, məğlub oldu. Buna baxmayaraq, qarşılaşma maraqlı alındı və rəqibin təcrübəsi ilə ustalığı sonda nəticəyə öz təsirini göstərdi”.

Xaybullayev növbəti oyunlara hazırlıq barədə də danışıb:

“Növbəti oyunlara hazırlıq mərhələli şəkildə həyata keçirilir. Diqqət əvvəlcə “Qarabağ”la qarşılaşmaya yönəldilib. Məqsədimiz həm ölkə çempionatında zirvədə qalmaq, həm də “Vikinq”lə matça daha yaxşı hazırlaşmaqdır”.

Əlaqəli Xəbərlər