Mahir Emrelili "Rakuv" polşalı baş məşqçiyə tapşırılıb
Operativ Media
1 dəq oxu
Polşanın “Rakuv” klubu baş məşqçi David Şvarqa ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalayıb. Sazişin müddətinin uzadılması da nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tomas Kaçmarekin gözlənilmədən vəzifəsindən azad edilməsindən sonra Çenstoxova təmsilçisi yeni baş məşqçi axtarışına başlayıb. Klub rəhbərliyi seçim zamanı daha əvvəl “Rakuv”da çalışmış David Şvarqanın üzərində dayanıb. Qərarı klubun sahibi Mixal Şverçevski verib.
“Dziennik Zachodni” nəşrinin çərşənbə axşamı yaydığı məlumata görə, “Rakuv” 36 yaşlı mütəxəssisin keçidi üçün QKS Katovitse klubuna 250 min Polşa zlotisi ödəyəcək. Müqavilədə əlavə şərt də yer alacaq. Şvarqa komandanı Ekstraklasada saxlayacağı təqdirdə, Katovitse təmsilçisi daha 100 min zlotiyə sahib olacaq.
Beləliklə, Şvarqa 2026/2027 mövsümündə “Rakuv”un üçüncü baş məşqçisi olacaq.
Şvarqa 2023/2024 mövsümündə “Rakuv”un baş məşqçisi kimi fəaliyyət göstərib. O, daha əvvəl Mark Papşunun köməkçisi də olub. Son olaraq QKS Katovitse klubunda Rafael Qorakın köməkçisi vəzifəsini yerinə yetirib. Bundan əvvəl isə Qdınya “Arka”sında baş məşqçi kimi çalışıb.
Sorğu