Menyu

105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Operativ Media
105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
1 dəq oxu

Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

Bu barədə Operativ Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.

Xatırladaq ki, ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.

Fotogalereya

Əlaqəli Xəbərlər