Menyu

Xorvatiya ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Şəfa Hüseynli
Xorvatiya ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
1 dəq oxu

İqtisadiyyat nazirinin müavini Anar Axundov Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç ilə görüşüb.

Operativ Media-ya bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsinin önəmi vurğulanıb. Enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin inkişafı üçün geniş potensial qeyd olunub.

Xorvatiya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və biznes dairələri arasında işbirliyinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.


Əlaqəli Xəbərlər