Menyu

Politico: Aİ ölkələrində genişmiqyaslı etirazlar dalğası gözlənilir

Operativ Media
Politico: Aİ ölkələrində genişmiqyaslı etirazlar dalğası gözlənilir
1 dəq oxu

Fransada başlayan və İtaliya da daxil olmaqla digər Avropa ölkələrinə yayılan sosial etirazların bu payız və qış aylarında Avropa İttifaqında genişmiqyaslı iğtişaşlara səbəb ola biləcəyini proqnozlaşdırıb.

Operativ Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yaşayış xərclərinin və yanacaq qiymətlərinin artması bir sıra ölkələrdə, xüsusilə gənclər arasında narazılığı gücləndirir.

Qeyd edilib ki, iqtisadi qeyri-sabitlik və siyasi qütbləşmə Avropada gərginliyi artırır. Ekspertlər qışda enerji qiymətlərinin yüksəlməsinin ailələrin maliyyə yükünü ağırlaşdıra və sosial narazılığı daha da gücləndirə biləcəyi barədə xəbərdarlıq edirlər.

Əlaqəli Xəbərlər