Menyu

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb

Operativ Media
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb
1 dəq oxu

Çinin Tibet vilayətinin Naqçu şəhərində 7 bal gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər ölüb, 32 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, yaralılardan 11-nin vəziyyəti ağır, 21-i isə yüngül xəsarət alıb.

Zəlzələ nəticəsində 300-dən çox ev uçub.

Hazırda zəlzələnin vurduğu ziyanın əlavə qiymətləndirilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir.

Əlaqəli Xəbərlər