Menyu

Bakı metropoliteninə yeni sədr müavini təyin edilib

Operativ Media
Bakı metropoliteninə yeni sədr müavini təyin edilib
1 dəq oxu

"Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin (İH) sədrinə daha bir müavini təyin edilib.

Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin vəzifə Zaur Nağıyevə həvalə olunub.

Bununla da, sədr müavinlərinin sayı 3-ə çatıb.

Yeni müavin 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.

O, 2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İH sədrinin müavini olub.

Z.Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.

O, 2017-ci ildə "Tərəqqi" medalı, 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı ilə təltif edilib.

Əlaqəli Xəbərlər