Menyu

Türkiyədə 147 klub rəhbəri mərc oyunlarına görə cəzalandırılıb

Operativ Media
Türkiyədə 147 klub rəhbəri mərc oyunlarına görə cəzalandırılıb
1 dəq oxu

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi bukmeker mərc oyunları qadağasını pozduqları üçün 147 hazırkı və keçmiş klub rəhbərini 45 gün müddətinə futboldan uzaqlaşdırıb.

Operativ Media xəbər verir ki, cəzalandırılanlar arasında “Trabzonspor” klubunun prezidenti Ərtuğrul Doğan da var. Sanksiyalar son beş il ərzində Türkiyənin iki yüksək liqasında çıxış edən klublarda rəhbər vəzifələr tutmuş şəxslərə şamil olunub. İş üzrə digər 301 nəfər barəsində isə kifayət qədər əsas olmadığı üçün icraata xitam verilib.

TFF-nin araşdırması 2025-ci ilin oktyabrında başlayıb. Həmin vaxt məlum olub ki, fəaliyyət göstərən 571 hakimin 371-nin mərc oyunları üçün hesabı var.

2025-ci ilin noyabrında federasiya 149 hakimi və 1024 futbolçunu cəzalandırıb. 2026-cı ilin sentyabrında isə 448 klub rəhbərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Əlaqəli Xəbərlər