Menyu

Tramp: İran neftin qiymətini qaldırmaq üçün əlindən gələni edir

Operativ Media
Tramp: İran neftin qiymətini qaldırmaq üçün əlindən gələni edir
1 dəq oxu

Ağ Evin rəhbəri Donald Tramp İranı ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində neftin qiymətini qaldırmağa cəhd etməkdə ittiham edib.

Operativ Media xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində neftin qiymətini qaldırmaq üçün əlindən gələni edir. İranlılar hətta saxta hücumlar, minalar haqqında xəbərlər və digər hər şeyi uydururlar, çünki hazırda Hörmüz boğazından hətta münaqişənin başlamasından əvvəlkindən daha çox neft keçir. Onlar etirazçıları və yollarına çıxan hər kəsi öldürməyə davam edirlər", - o qeyd edib.

Əlaqəli Xəbərlər