Menyu

Azərbaycan klubları Avropa Kubokunda qələbə qazanıb

Operativ Media
Azərbaycan klubları Avropa Kubokunda qələbə qazanıb
1 dəq oxu

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kubokunda 6-cı tur başa çatıb.

Operativ Media Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, kişilərin mübarizəsində təmsilçimiz “Vüqar Həşimov” klubu Almaniyanın “Sankt-Pauli 1910” komandasını 5:1 hesabı ilə məğlub edib.

Qadın şahmatçılardan formalaşan digər klubumuz “Odlar Yurdu” Lüksemburqun “Gambit Bonnevua” kolleltivinə 2,5:1,5 hesabı ilə qalib gəlib.

6 turdan sonra 10 xalı olan “Odlar Yurdu” 3-cü yerdə qərarlaşıb. “Vüqar Həşimov” isə 8 xalla 17-ci pillədədir.

Əlaqəli Xəbərlər