Menyu

Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi U-20 dünya çempionatının tarixi açıqlanıb

Operativ Media
Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi U-20 dünya çempionatının tarixi açıqlanıb
1 dəq oxu

20 yaşadək futbolçular arasında 2027-ci il dünya çempionatı sentyabrın 17-dən oktyabrın 9-dək Azərbaycan və Özbəkistanda keçiriləcək.

Operativ Media xəbər verir ki, turnirin tarixləri FIFA Şurası Bürosunun bu gün keçirilən iclasında rəsmən təsdiqlənib.

Dünya çempionatında 24 komanda mübarizə aparacaq. Biletlərlə bağlı ətraflı məlumatın isə FIFA-nın rəsmi kanalları vasitəsilə təqdim olunacağı bildirilib.

Əlaqəli Xəbərlər