Menyu

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

Operativ Media
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
1 dəq oxu

Malayziyanın Kuçinq şəhərində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) 22-ci Üçillik Baş Assambleyası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Assambleya çərçivəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova təşkilatın 2029-cu ildə keçiriləcək növbəti Üçillik Baş Assambleyasına Bakı şəhərinin ev sahibliyi ilə bağlı təqdimat edib.

Təqdimat zamanı Azərbaycanın zəngin mədəni irsi, xüsusilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidə və tarixi əraziləri, Bakının müasir infrastrukturu, beynəlxalq tədbirlərin təşkilində təcrübəsi barədə məlumat verilib. Həmçinin Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini əks etdirən videoçarx nümayiş etdirilib.

Assambleyada ICOMOS-un İdarə Heyəti tərəfindən Bakı şəhərinin 2029-cu ildə ICOMOS-un 23-cü Üçillik Baş Assambleyasına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılmış ICOMOS Azərbaycan Milli Komitəsi ölkədə mədəni irsin qorunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə peşəkar təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyət göstərir. ICOMOS-un üç ildən bir təşkil olunan Baş Assambleyası isə mədəni irsin qorunması sahəsində ən mühüm beynəlxalq platformalardan biridir.

Əlaqəli Xəbərlər