Menyu

Atletiko üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək

Operativ Media
Atletiko üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək
1 dəq oxu

2030-cu ildə atletika üzrə Avropa çempionatına Finlandiyanın paytaxı Helsinki ev sahibliyi edəcək.

Bu barədə Operativ Media-ya Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

Yarış Olimpiya Stadionunda baş tutacaq. Qərar İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Atletikasının 181-ci Şura iclasında qəbul edilib.

Helsinki bu yarışa dördüncü dəfə ev sahibliyi edəcək. Şəhərdə çempionat daha əvvəl 1971, 1994 və 2012-ci illərdə təşkil olunub.

Xatırladaq ki, 2028-ci ildə Avropa çempionatı Polşanın Sileziya bölgəsində, iyunun 3–8-də keçiriləcək.

Əlaqəli Xəbərlər