Menyu

İran ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Nicat Hüseynli
İran ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
1 dəq oxu

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizayi uzunmüddətli müharibənin Tehranın xeyrinə, Vaşinqtonun isə əleyhinə olacağını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Möhsün Rizayi “Drop Site” nəşrinə müsahibəsində bildirib.

O, İranın müharibə aylar davam etsə belə, qarşı tərəfə zərbə endirmək imkanına malik olduğunu deyib.

Rizayinin sözlərinə görə, Hörmüz boğazı ətrafındakı qarşıdurma ABŞ üçün müharibəni uzatmaq bəhanəsinə çevrilib. O əlavə edib ki, Tehran Vaşinqton öhdəliklərini yerinə yetirənədək təsir imkanlarından imtina etməyəcək.

Əlaqəli Xəbərlər