Menyu

Avropada qazın qiyməti 1 050 dolları ötüb

Operativ Media
Avropada qazın qiyməti 1 050 dolları ötüb
1 dəq oxu

Avropada noyabr ayı üzrə qaz fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 050 dolları ötüb.

Operativ Media xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlandda yerləşən TTF qaz qovşağında noyabr ayı üzrə fyuçerslərin qiyməti 1 000 kubmetr üçün təxminən 1 055 dollar və ya 1 MVt·saat üçün 91,07 avro təşkil edib.

Bu, 2022-ci ilin dekabrından bəri ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, TTF (Title Transfer Facility) Niderlandda yerləşən virtual qaz ticarəti qovşağıdır. TTF-də formalaşan fyuçers qiymətləri Avropa qaz bazarı üçün əsas qiymət göstəricilərindən biri hesab olunur.

Əlaqəli Xəbərlər