2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub
“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Operativ Media xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) olacaq.
Qeyd edək ki, 2026-cı ildə şəhər və rayonlardan 66-sı (Cəbrayıl, Xocalı, Kəlbəcər və Yardımlı rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edirlər. Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması məqsədilə 1 rayon (Xocavənd) üzrə 0,8 milyon manat vəsait proqnozlaşdırılıb. Son illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan rayonların sayında və vəsaitin məbləğində azalma tendensiyası müşahidə olunub.