Menyu

Tayvanda "Çampa" qasırğası nəticəsində bir nəfər ölüb, 94 nəfər yaralanıb

Şəfa Hüseynli
Tayvanda "Çampa" qasırğası nəticəsində bir nəfər ölüb, 94 nəfər yaralanıb
1 dəq oxu

Tayvanda "Çampa" qasırğası nəticəsində bir nəfər ölüb , 94 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Fəlakət səbəbindən hökumət mindən çox insanı evlərindən təxliyə edib.

Tayvan hakimiyyəti planlaşdırılan 262 daxili və 660-dan çox beynəlxalq reysin hamısını ləğv edib. Bəzi dəmir yolu və bərə xidmətləri dayandırılıb, bir neçə yol bağlanıb.

Tayfun səbəbindən ölkənin 22 inzibati şəhər və rayonlarında təhsil prosesi dayandırılıb.

Hökumət sakinləri sahil və dağlıq ərazilərdən uzaq durmağa çağırıb.

Əlaqəli Xəbərlər