Ceyhun Bayramov hindistanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin tam gündəliyi, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlığı müzakirə edilib.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Alat Sərbəst İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar da vurğulanıb.
Müzakirələr, həmçinin regional və beynəlxalq hadisələri, BMT, AİTƏŞ və ŞƏT çərçivəsində əməkdaşlığı əhatə edib.
C.Bayramov həmkarını Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad yaratma tədbirləri barədə məlumatlandırıb. Azərbaycanın azad edilmiş ərazilərində bərpa işləri və davam edən mina təhlükəsi də müzakirə olunub. Nazirlər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
The Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun met with India’s External Affairs Minister @DrSJaishankar to discuss the full agenda of Azerbaijan-India relations, including political dialogue, trade, investment, energy, transport, tourism, education, science and… pic.twitter.com/xroUj3NB60
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 23, 2026