Stan Vavrinka peşəkar tennis karyerasını başa vurub
İsveçrəli tennisçi Stan Vavrinka peşəkar karyerasının sonuncu oyununu keçirib.
Operativ Media xəbər verir ki, ATP reytinqində 151-ci yerdə qərarlaşan 41 yaşlı idmançı Bazeldə keçirilən ATP 500 turnirinin ilk mərhələsində çexiyalı İrji Leheçkaya məğlub olub. Görüş 5:7, 6:7 hesabı ilə başa çatıb və 1 saat 53 dəqiqə davam edib.
Vavrinka karyerası ərzində “Böyük dəbilqə” turnirlərinin üçqat qalibi olub. O, 2014-cü ildə Avstraliya Açıq çempionatında, 2015-ci ildə “Rolan Qarros”da, 2016-cı ildə isə ABŞ Açıq çempionatında qələbə qazanıb.
İsveçrəli tennisçi 2008-ci ildə Rocer Federer ilə birlikdə cütlüklər arasında Olimpiya çempionu olub. O, həmçinin 2014-cü ildə Devis Kubokunun qalibi adını qazanıb.
Vavrinka təklər üzrə ATP turnirlərində 16 titul əldə edib və “Masters 1000” seriyalı bir yarışın qalibi olub. Onun dünya reytinqində ən yüksək göstəricisi üçüncü pillə olub.