Menyu

U-15 dünya çempionatı: Azərbaycan millisi Çiliyə məğlub olub

Operativ Media
U-15 dünya çempionatı: Azərbaycan millisi Çiliyə məğlub olub
1 dəq oxu
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.
Operativ Media-nın məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Beləliklə, U-15 növbəti mərhələdə Cəbəllütariq millisi ilə üz-üzə gələcək. Adıçəkilən komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan - Cəbəllütariq görüşü bu gün, saat 18:15-də başlayacaq.

Əlaqəli Xəbərlər