Menyu

İspaniyada sürət qatarları toqquşub, 46 nəfər ölüb - YENİLƏNİB 2

Şəfa Hüseynli
İspaniyada sürət qatarları toqquşub, 46 nəfər ölüb - YENİLƏNİB 2
1 dəq oxu

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 46 nəfərə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə "ABC" qəzeti məlumat yayıb.



***
13:23

İspaniyada sürət qatarlarının toqquşması nəticəsində 10 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə "El-Pais" məlumat yayıb.

Qeyd edilib ki, "AVE" qatarı relslərdə dayanmış "İryo" qatarı ilə toqquşub.

İlkin məlumatlara görə, "AVE" qatarı "İryo" qatarını arxadan vurub və nəticədə "İryo" qatarının iki vaqonu relsdən çıxıb.





***
13:12

İspaniyada iki sürətli qatar toqquşub.

Operativ Media xəbər verir ki, bu barədə "El-Pais" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Madrid və Əndəlüs arasındakı xəttə baş verib.

Qeyd edilib ki, hadisə nəticəsində çoxsaylı xəsarət alanlar var.

Nəşr qeyd edib ki, qəzada iştirak edən vaqonlardan ikisi relsdən çıxaraq bəndə aşıb.



Əlaqəli Xəbərlər