Menyu

Ruanda Müdafiə Nazirliyinə sanksiyalar tətbiq edilib

Operativ Media
Ruanda Müdafiə Nazirliyinə sanksiyalar tətbiq edilib
1 dəq oxu

ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Bildirilib ki, Ruanda qruplaşmanı hərbi texnika, logistika yardımı və təlimlərlə təmin edib, həmçinin KDR-in şərqinə minlərlə hərbçi göndərib.

Ruandanın dəstəyi ilə M23 bir sıra iri yaşayış məntəqələrini və faydalı qazıntıların hasil olunduğu əraziləri ələ keçirib.

Qeyd edilib ki, M23-ə dəstək göstərilməsində mühüm rol oynayan "Zigama Credit and Savings Society" maliyyə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.

Əlaqəli Xəbərlər