Menyu

“Barselona” “Tottenhem”in futbolçusunu transfer etmək istəyir

Operativ Media
“Barselona” “Tottenhem”in futbolçusunu transfer etmək istəyir
1 dəq oxu

“Barselona” İngiltərənin “Tottenhem” klubunda çıxış edən İsveç millisinin yarımmüdafiəçisi Lukas Berqvallı transfer etməyi nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, TEAMtalk nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi 20 yaşlı futbolçunun vəziyyətini izləyir. Berqvall baş məşqçi Roberto De Zerbinin rəhbərliyi altında kifayət qədər oyun vaxtı ala bilmir.

İsveçli yarımmüdafiəçi ilə “Napoli” və “Yuventus” da maraqlanır. Turin klubu futbolçunu yanvarda mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Lakin “Tottenhem” hələlik Berqvallla yollarını ayırmaq niyyətində deyil.

Qeyd edək ki, Lukas Berqvall 2024-cü ildə İsveçin “Yurqorden” klubundan “Tottenhem”ə keçib. O, 2026/2027 mövsümündə bütün turnirlərdə 6 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Transfermarkt portalı 20 yaşlı yarımmüdafiəçinin bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər