Menyu

“Real” Mbappenin açıqlamasına görə Çin xalqından üzr istəyib

Operativ Media
“Real” Mbappenin açıqlamasına görə Çin xalqından üzr istəyib
1 dəq oxu

“Real” klubu hücumçusu Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedunla bağlı açıqlamasına görə Çin xalqından rəsmi şəkildə üzr istəyib.

Operativ Media xəbər verir ki, Madrid təmsilçisi bununla bağlı bəyanat yayıb. Klub açıqlamasında Mbappenin sözlərinin Çində narahatlıq yaratmasına görə təəssüfünü bildirib və ölkənin tarixinə, mədəniyyətinə, vətəndaşlarına, eləcə də “Real”ın milyonlarla çinli azarkeşinə hörmətlə yanaşdığını vurğulayıb.

Klub fransalı futbolçunun ictimai üzrxahlığına da qoşulub. Bildirilib ki, Mbappe söylədiyi fikirlərə görə təəssüfləndiyini ifadə edib və Çin xalqına hörmətini təsdiqləyib.

Qeyd edək ki, Mbappe müsahibəsində üzərinə öz üzünün yerləşdirildiyi Mao Tszedunun təsvir olunduğu memdən danışarkən həmin şəxsi “çinli diktator” adlandırıb. Bu açıqlamadan sonra Çinin dövlət televiziyası La Liqa oyunlarının yayımlarını dayandırıb, bir neçə Çin şirkəti isə futbolçu ilə əməkdaşlığına son qoyub.

Oktyabrın 27-də Mbappe açıqlamasının uğursuz olduğunu etiraf edərək ictimai şəkildə üzr istəyib və sözlərinin Çindəki insanları incitdiyini qəbul edib.

“Real” bəyanatında mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşma prinsiplərinə sadiq qalacağını, həmçinin Çin və onun vətəndaşları ilə münasibətləri möhkəmləndirməyə çalışacağını bildirib.

Əlaqəli Xəbərlər