Menyu

Aİ Rusiya-ABŞ təmaslarının miqyasından narahatdır

Nicat Hüseynli
Aİ Rusiya-ABŞ təmaslarının miqyasından narahatdır
1 dəq oxu

Avropa İttifaqı Rusiya ilə ABŞ arasında təmasların gözləniləndən daha geniş miqyas alacağından narahatdır və Ukrayna ilə bağlı gələcək danışıqlarda iştirak imkanlarını araşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, tərəflər “LUKOIL”un aktivləri, Arktikada mayeləşdirilmiş təbii qaz layihələri və “Şimal axını” kəmərlərinin yenidən işə salınmasını müzakirə edə bilərlər.

“Avropalı rəsmilər danışıqlarda iştirak etmək üçün yollar axtarırlar. Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın ilk həftələrində Əbu-Dabidə bərpası ilə bağlı razılaşma da alqışlanıb”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər