Menyu

Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

Operativ Media
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
1 dəq oxu

Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 700 manat dəyərində elektrik naqili oğurlanıb. Polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törədən, əvvəllər məhkum olunmuş 41 yaşlı M.Hüseynov saxlanılıb.

DİN-dən Operativ Media-ya bildirilib ki, həmin şəxsdən əlavə olaraq narkotik vasitələr də aşkarlanıb.

Şəhər ərazisində qeydə alınan digər hadisə zamanı isə dəyəri 900 manat olan 2 ədəd velosiped oğurlayan əvvəllər məhkum olunmuş 54 yaşlı F.Nəcəfovu da polis saxlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər