Menyu

Kamerunda toqquşmalarda 8 nəfər həlak olub

Nicat Hüseynli
Kamerunda toqquşmalarda 8 nəfər həlak olub
1 dəq oxu

Kamerunun Şimal-Qərb bölgəsində baş verən toqquşmalar nəticəsində 4 mülki şəxs və separatçı olduğu ehtimal edilən 4 döyüşçü öldürülüb.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə Mençum inzibati ərazisinin Koşin kəndində baş verib.

Məlumata görə, separatçı olduğu ehtimal edilən silahlı şəxslərin atəşi nəticəsində 4 kənd sakini həlak olub.

“Daha sonra hökumət qoşunları ilə silahlılar arasında toqquşma baş verib və 4 döyüşçü öldürülüb”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər