Menyu

XİN İspaniyada baş verən qatar qəzası ilə bağlı başsağlığı verib

Operativ Media
XİN İspaniyada baş verən qatar qəzası ilə bağlı başsağlığı verib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən faciəvi qatar qəzası ilə əlaqədar başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verilir.

“Biz bu faciədən əziyyət çəkənlərin hamısının yanındayıq və yaralılara tezliklə və tam sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər